Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 13:44

Belçikada terror hücumlarının ildönümüdür


Anım mərasimi

Martın 22-də Belçikada 32 nəfərin həyatına son qoymuş iki terror hücumunun ildönümü birdəqiqəlik sükutla yad olunub.

Zavantem aeroportundakı anım mərasiminə Kral Philippe, Kraliça Mathilde, Baş nazir Charles Michel və yüzlərlə sakin qatılıb. Bir il öncə burada iki intiharçı özünü partlatmış, 16 nəfər həlak olmuşdu.

Kral və kraliça daha sonra qatarla «Maelbeek» metrostansiyasına gedib, burada daha bir anım tədbirinə qoşulub. Bir il qabaq oradakı hücumda da 16 nəfər ölüb.

Bu hücumlarda 320-dən çox insan yaralanıb. Təhqiqatçılar hücumların «İslam Dövləti» silahlı qruplaşması tərəfindən törədildiyini bildirib. Həmin şəbəkənin 2015-ci ilin noyabrında Parisdə 130 nəfərin ölümüylə sonuclanmış hücumların da arxasında durduğu bildirilir.

Brüssel hava limanı partlayışdan az sonra
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG