Dünya Çempionatı 2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Almaniya oyununun hakimləri müəyyənləşib.
UEFA martın 26-də Bakıda baş tutacaq qarşılaşmanı italiyalı hakimlər briqadasına tapşırıb.
Qarşılaşmanı Daniele Orsato idarə edəcək. Ona Mauro Tonolini və Riccardo Di Fiore kömək edəcəklər. Matçın dördüncü hakimi Marco Guida olacaq. Hakim-inspektor isə rusiyalı Aleksei Spirin-dir.
Azərbaycan Almaniya ilə oyuna qədər qrupda 4 oyun keçirərək 7 xal toplayıb. Qrupda üçüncü yerdə qərarlaşıb. İkinci yerdəki Şimali İrlandiyanın da 7 xalı var. Dördüncü yerdəki Çexiya millisinin 5, Norveç yığmasının isə 3 xalı var. Qrupda sonuncu yerdə qərarlaşan San-Marino yığmasının bir xalı belə yoxdur.