Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Azərbaycanda yeni yaranmış müstəqil teatr "Human"ın məramı insanlıqdır


"Human" teatrının "Üçüncü" tamaşasının afişası.
"Human" teatrının "Üçüncü" tamaşasının afişası.

Azərbaycanda yeni teatr, "Human" teatrı yaranıb. Teatr müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış ilk teatrdır. “Human” teatrının repertuarında humanizm ideyalarından, gender problemlərindən, insan hüquqlarından və hüquq bərabərliyindən bəhs edən tamaşalar yer tutacaqdır.

Buna da bax: Binadan binaya "sürgün" edilən "ADO" teatrının hələ yaşamağa səbəbləri var

“Human” teatrının ilk tamaşası olan "Üçüncü" tragikomediyası insanın öz xoşbəxtliyini başqalarının bədbəxtliyinin üzərində qurmağından, öz canını qurtarmaq üçün vicdan əzabı çəkmədən başqalarının həyatını qurban verməsindən bəhs edir. Əzici qüvvənin amalı sərtdir: "Kim bizimlə deyilsə, bizə qarşıdır!" Tamanın ideyası isə budur: "Ziyalı nadanlığın qarşısından qorxub qaçanda cəmiyyətin faciəsi başlayır."

"Human" teatrının ilk tamaşası "Üçüncü"nün tanıtım videosu.

Tamaşa polşalı dramaturq Slovomir Mrojekin “Karol” tragikomediyası əsasında hazırlanıb.

“Üçüncü” tamaşasını aktyorlar Elgün Həmidov, Ziya AğaŞamil İbrahimov ifa edəcək. Tamaşa əməkdar artist Pərviz Məmmədrzayev tərəfindən hazırlanıb.

Premyera 29 mart 19:00-da Xəzər Universitetinin ikinci kampusunda yerləşən teatr zalında olacaq.

Buna da bax: Gürcüstanda Azərbaycan teatrının aktyoru: "Toz-torpağın içində məşq edirik"

Qeyd edək ki, teatrın bədii rəhbəri Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcılarından biri, keçmiş “Simsar” teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kinoaktyoru, əməkdar artist Pərviz Məmmədrzayev, direktoru isə Akademik Milli dram teatrında fəaliyyət göstərmiş teatr və kino aktyoru Şamil İbrahimovdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG