Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 16:46

Nazir xəstə hərbçilərə baş çəkib


Zakir Həsənov

Müdafiə Nazirliyin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Bu barədə martın 21-i Müdafiə Nazirliyi məlumat yayıb.

«Müdafiə naziri Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub»,-deyə məlumatda qeyd edilir.

Sonra hospitalda hərbi qulluqçuların ailə üzvləri, hərbçi və mülki qadın əməkdaşlara tibbi xidmətin göstərilməsindən ötrü nəzərdə tutulan doğum şöbəsinin açılışı olub.

Bu il Azərbaycana bahar martın 20-si saat 14:29-da qədəm qoyub.

Martın 20-dən 27-nə kimi ölkədə qeyri-iş günləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG