Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:57

Tillerson Rusiyaya gedəcək


Rex Tillerson

ABŞ Dövlət katibi Rex Tillerson mayda Avropa səfəri çərçivəsində Rusiyaya ilk səfərini edəcək. Amma o, apreldə NATO sammitinə qatılmayacaq.

Dövlət Departamenti bu xəbəri martın 20-də yayıb. Tillerson-un aprelin 5-6-da NATO toplantısına qatılmamasının səbəbi açıqlanmayıb. Axı yanvarın 20-də prezident Donald Trump hakimiyyətə keçəndən dövlət katibinin alyans müttəfiqləri ilə ilk görüş fürsəti yaranmışdı.

«Reuters» adını çəkmədiyi ABŞ rəsmisinə istinadla yazır ki, Tillerson Brüssel səfərini başqa toplantıya görə təxirə salır. Prezident Trump aprelin 6-7-də Floridadakı Mar-a-Laqo kurortunda çinli həmkarı Xi Jinping-lə görüşməlidir.

Dövlət katibinin Moskva səfəri Birləşmiş Ştatlarda Rusiyayla bağlı təhqiqat aparıldığı bir dönəmə düşür. Hazırda ABŞ-da prezident seçkisi kampaniyası zamanı Rusiyanın kiberhücumları, eləcə də Rusiya rəsmiləri ilə Trump-ın seçki kampaniyası rəsmilərinin görüşləriylə bağlı təhqiqat gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG