Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:23

İranın Ali dini lideri Ali Khamenei martın 20-də deyib ki, hökumətin iqtisadi siyasəti yarıtmazdır və İrana yeni iş yerlərinin yaradılmasından ötrü yeni «müqavimət iqtisadiyyatı» gərəkdir. Khamenei «müqavimət iqtisadiyyatı» terminini işlətməklə ölkə iqtisadiyyatının daha çox özünü təmin etməsindən ötrü addımları təsvir edib. Müqayisə üçün, prezident Hassan Rohani İranı beynəlxalq ticarətə və sərmayəyə açmağa çalışır.

Mayda keçiriləcək prezident seçkisi öncəsi Rohani onsuz da təzyiq altındadır. Khamenei-nin başçılığıyla mühafizəkarlar onu dünya gücləriylə əldə etdiyi nüvə sazişinin şərtlərinə görə daim tənqid edirlər. Həmin saziş ölkəyə beynəlxalq sanksiyaları qaldırıb və İran iqtisadiyyatını dirçəltməyi hədəfləyir.

Novruz bayramı çıxışında Khamenei deyib ki, «yoxsul və aşağı təbəqənin ağrılarını ruhuyla hiss edir» və bunu özəlliklə, yüksək qiymətlər, işsizlik və bərabərsizliklə bağlayıb.

Onun sözlərinə görə, Rohani hökuməti müsbət addımlar atıb, «amma onlar adamların və mənim ümidlərimi doğrultmur».

Rohani isə Novruz çıxışında hökumətinin iqtisadi uğurlarından danışıb və vətəndaşların hüquqlarına sayqı göstərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG