Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:26

Martın 17-də Vaşinqtonda ABŞ prezidenti Donald Trump və Almaniya kansleri Agela Merkel arasında görüş olacaq.

BBC-nin məlumatına görə, hava şəraitinin pisliyinə görə səfər çərşənbə axşamından cümə gününə keçirilib.

Angela Merkel Vaşinqtona yola düşməzdən əvvəl “Saarbruecker Zeitung” qəzetinə bildirib ki, görüşü maraqla gözləyir. Çünki həmişə üz-üzə söhbətləşmək, bir-biri haqqında danışmaqdan yaxşıdır.

Qeyd edək ki, Trump Nerkelin 2015-ci ildə sərhədi qaçqınların üzünə açmaq qərarını tənqid eləmişdi.

Öz növbəsində Merkel, Trumpun qaçqınlara maratoriya qoymasını pisləyib.

Görüş zamanı iqtisadi və ticarət əlaqələri müzakirə olunacaq.

Trump bundan əvvəl bildirmişdi ki, Almaniyadan idxal olunan avtomobillərə vergini artırmaq lazımdır.

Merkeli səfər zamanı "Siemens", "Schaeffler" və BMW kimi Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri müşaiyət edir.

Liderlər həmçinin xarici siyasət, təhlükəsizlik, o cümlədən Rusiya və Ukrayna məsələsini də müzakirə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG