Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:28

Beynəlxalq Valyuta Fondunun Paris ofisində partlayış olub


Beynəlxalq Valyuta Fondunun Paris ofisi. Paris,16 Mart, 2017

Fransa prezidenti Francois Hollande Beynəlxalq Valyuta Fondunun Parisdəki ofisində baş verən partlayışın terror aktı adlandırıb.

“Rossiyskaya qazeta”nın məlumatına görə , o bunu Tulon şəhərinə səfəri zamanı jurnalistlərə söhbət zamanı deyib.

“Terror aktı ilə üzləşmişik,söhbət partlayıcı bağlamadan gedirsə, başqa söhbət yoxdur”, deyə Hollande vurğulayıb.

Prezident vəd edib ki, hakimiyyət təşkilatçıların tapılması üçün bütün mümkün imkanlara əl atacaq.

Faktla bağlı istintaq gedir.

İnsident martın 16-da baş verib, Fondun Paris ofisinin əməkdaşınını əlində bağlama partlayıb.

Nəticədə o yüngül kontuziya və xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG