Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 03:48

Taleh Bağırovun tərəfdarına 10 maddə ilə ittiham verilib


Elxan İsgəndərov.

Martın 16-da Nəsimi Rayon Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatı İdarə Heyətinin həbsdə olmayan sonuncu üzvü Elxan İsgəndərov barəsində həbs-qətimkan tədbiri seçilib.

Hakim Babək Həsənov ilkin istintaq dövrü üçün həbs müddətini 3 ay 11 gün müəyyənləşdirib. Bu haqda AzadlıqRadiosu-na vəkil Fariz Namazlı məlumat verib.

Buna da bax:​ Taleh Bağırovun daha bir tərəfdarı saxlanıb

Elxan İsgəndərova Cinayət Məcəlləsinin 10 maddəsi əsasında ittiham irəli sürülüb. Onların arasında terrora cəhddən tutmuş, silahlı qrup yaratma və hakimiyyəti zorla ələ keçirməyədək ağır maddələr var.

Nardaran əməliyyatından sonra həbs olunan və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən 24 nəfər də eyni maddələrlə suçlanırlar. Hərəkatın İdarə Heyətinin digər üzvləri həbs edilərkən, Elxan İsgəndərov gizləndiyindən, haqqında axtarış elan olunmuşdu.

Buna da bax: 'Müsəlman Birliyi'nin 6 tərəfdarının şikayəti rədd edilib

“Vəhdət” futbol turniri?

Elxan İsgəndərov məhkəmədə heç bir cinayət törətmədiyini və ittihamları qəbul etmədiyini bildirib. O, Müsəlman Birliyi Hərəkatının sifarişiylə “Vəhdət” futbol turniri təşkil etdiyini, birliyin üzvləri həbs olunarkən, qorxusundan gizləndiyini söyləyib.

Elxan İsgəndərov daha sonra Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.

Onun vəkili Fariz Namazlı həbs qərarından apellyasiya şikayəti verəcək.

Vəkilin sözlərinə görə, Elxan İsgəndərovu martın 14-də gecə saat 2-də evində başına torba keçirərək aparıblar. Hara aparıldığı barədə ailəsinə heç bir məlumat verilməyib.

Buna da bax:​ 'Taleh Bağırov toyuna təbrik göndərdi - bəyi 'Bandotdel'ə apardılar'

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Bu əməliyyatda iksi polis, 6 nəfərin öldüyü bildirilir. Həmin olaylar zamanı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Rəsmi bilgilərə görə, hazırda Nardaran olayları ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Daha yüngül maddələrlə ittiham edilənlərə ilyarımdan 6 il 6 ayadək həbs cəzası verilib.

Qətl və ağır cinayətlərdə suçlandırılan18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov 20 il həbs cəzası alıb.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Onlar da silahlı iğtişaş və başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) onların dediklərini təkzib edib. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmədə ifadə verən əməkdaşları dindarlar tutularkən və daha sonra onlara işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.

Son həftələr Müsəlman Birliyi Hərəkatının daha bir neçə üzvü də saxlanaraq, inzibati qaydada həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG