Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

Sarkisian niyə belə arxayındır?


Putin və Sarkisian
Putin və Sarkisian

"Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq".

Bunu martın 15-də Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

"Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və Yerevanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir", - deyə Putin qeyd edib

Ermənistan prezidenti Serj Sarkisian isə bir gün əvvəl İspaniyanın EFE agentliyinə müsahibə verib. Əvvəlki razılaşmalar yerinə yetirilmirsə, yenidən görüşməyin nə mənası?- Bunu Sarkisian deyir. O, Azərbaycanla danışıqlara başlamağı hətta düşünməyə şərt qoyur. O bildirir ki, Azərbaycan əvvəlki razılşamalara əməl etsin, "sonra yenidən görüşməyi düşünərik".

Sarkisian həmçinin deyib ki, Azərbaycan irimiqyaslı əməliyyata başlasa, Ermənistan dərhal Dağlıq Qarabağın müstəqiliyini tanıyacaq.

Sarkisian niyə belə arxayın danışır? Ümumiyyətlə, tərəflər bir-birini razılaşmaları pozmaqda ittiham edir. Pozan hansı tərəfdir?

Minsk qrupu həmsədrləri elə bu günlərdə Bakıda olanda dedilər ki, ən yüksək səviyyədə danışıqlar bərpa olunmalıdır. Sülh prosesi yenə dalanamı dirənir?

Konfliktoloq Elxan Mehdiyev deyir ki, Ermənistan prezidentinin belə arxayın danışmasının səbəbi Azərbaycanın siyasi rəhbərliyidir. Onun sözlərinə görə ötən ilin aprel hadisələri nəticəsində pis vəziyyətdə qalan Sarkisian hakimiyyətinə özünə gəlməsi üçün Azərbaycan vaxt verdi.

Konfliktoloq bildirir ki, yeni silahlar əldə edən Ermənistan sentyabr ayından danışıqlardan imtina elədi və təkrar danışıqlara başlamağı düşünmür. Elxan Mehdiyev qeyd edir ki, Ermənistanın bu addımının əsil səsbəblərini hələ araşdırmaq lazımdır.

Elxan Mehdiyev: "səbəbi Azərbaycanın siyasi rəhbərliyidir..."
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

Konfliktoloq Əvəz Həsənov da bildirir ki, xeyli müddətdir ki, danışıqlar dayanıb. Onun sözlərinə görə danışıqlara yenidən başlamaq üçün tərəflərin ciddi təşəbbüsü və arqumenti yoxdur. Konfliktoloq deyir ki, normal hal o olardı ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara başlamaq üçün təşəbbüs olardı. Lakin görünən odur ki, bu hələ günün mövzusu deyil.

Əvəz Həsənov qeyd edir ki, Ermənistan prezidentinin Rusiya prezidenti ilə görüşündən sonra Putinin arxayınlığı Sarkisiana da sirayət edib. Konfliktoloq qeyd edir ki, Ermənistan prezidentinin verdiyi son bəyanatlar daxili auditoriyaya hesablanmış bəyanatlardır.

Əvəz Həsənov: "Yeni danışıqlara ciddi təşəbbüs və arqument yoxdur"
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00
Direct-ə keçid

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyevin sözlərinə görə Ermənistanın Azərbaycanla şərt dili ilə danışması olduqca yanlışdır. Deputat deyir ki, Azərbaycan aprel ayında öz sözünü dedi.Fərəc Quliyev Serj Sarkisianın dediklərinin onun özünün iradəsi olduğuna inanmır.

Deputat qeyd edir ki, ətraf rayonlar azad olunmayana qədər status məsələsi müzakirə predmeti ola bilməz. Onun sözlərinə görə Azərbaycan kifayət qədər kompromisə gedir. Deputat bildirir ki, beynəlxalq güclər Ermənistanı yola gətirə bilmirlərsə, vaxt uzatmağa dəyməz, Azərbaycan hərbi yola əl atmalıdır.

Fərəc Quliyev: "Azərbaycan kifayət qədər kompromissə gedir"
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG