Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:59

Bu gün –martın 15-də Hollandiyada parlament seçkilərinin 1-ci turu keçirilir. Budəfəki səsvermənin nəticələrinin ölkədəki millətçilik ruhunu əks etdirəcəyi güman olunur, çünki Hollandiyanın Türkiyə ilə münasibətlərində gərginlik yaşanır.

Mübarizə aparan əsas qüvvələr baş nazir, mərkəz-sağçı Mark Rutte və ultra millətçi, miqrantlar əleyhinə çıxışlarıyla tanınan siyasətçi Geert Wilders-in partiyalarıdır. Sorğular baş nazirin partiyasının irəlidə olduğunu göstərirdi. Ancaq Türkiyə ilə nifaq fərqli nəticələr verə bilər.

Keçən həftə Hollandiya Türkiyənin xarici işlər nazirinin təyyarəsinin enməsinə icazə verməyib. Nazir Hollandiyaya ölkəsində keçiriləcək referendumla bağlı təbliğat kampaniyasına gedirdi. Bu hadisə hər iki ölkədə kütləvi aksiyalara səbəb olub. Türkiyə Hollandiyanı nasizmdə günahlandırıb, məzuniyyətdə olan holland səfirinin Ankaraya qayıtmasına icazə verməyib.

G.Wilders isə bu aralar türklər əleyhinə kəskin çıxışlar etdiyindən, ultra-millətçilər arasında onun tərəfinə keçənlərin çoxalacağı güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG