Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 01:31

Nazirlər Kabineti barama yetişdirən şəxslərin barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramaya subsidiya məbləğini müəyyənləşdirib - hər kiloqramına 5 manat. Hökumət subsidiyanın ödəniş qaydasını da təsdiqləyib.

Ötən il Azərbaycanda 70 ton yaş barama istehsal edilib. Dövlət büdcəsindən ayrılan 600 min manat hesabına 1,5 milyon ədəd çəkil tingləri alınıb və yeni çəkil bağlarının salınması üçün 37 rayonda kəndlilərə paylanıb. Kənd Təsərrüfatı Nazirliyi 5 min qutu ipəkqurdu toxumunu da fermerlərə pulsuz verib.

Buna da bax:​ Subsidiya almaq istəyirsən barama istehsal elə...

Şəki ipək kombinatı borc içində üzür?

Nazirliyin proqnozuna görə, bunun sayəsində 2017-ci ildə 120 ton, iki il sonra isə azı 1300 ton yaş barama tədarük ediləcəyi hədəflənir.

Baramanın tədarükçüsü "Şəki-İpək" ASC-dir. Ötən il burada baramanın bir kiloqramı 8 manata satın alınıb.

Müəssisənin özü isə maliyyə böhranı yaşayır. Şəkinin «İpəkçi» qəzeti yazır ki, ipək kombinatının Azərbaycan Beynəlxalq Bankına 46 milyon manat kredit öhdəliyi var. Kombinat borcun qaytarılmasında ciddi çətinliklərlə üzləşib.

Buna da bax: Pambıq və tütünə 10 qəpik subsidiya veriləcək

Daha öncə Nazirlər Kabineti pambıq və tütün satışına görə subsidiyanın məbləğini və onun verilmə qaydasını təsdiqləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG