Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:57

Martın 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7279 səviyyəsində formalaşıb.

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, bu gün, martın 14-də 1 ABŞ dolları 1.7437 manat səviyyəsində müəyyən edilmişdi. Beləliklə, bu hərracda manat dollara nisbətən 0.91 faiz bahalaşıb.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Son hərraca qədər isə əksinə, dollar bahalaşmışdı.

Müstəqil iqtisadçılar isə düşünür ki, Azərbaycanda məzənnə, hələ də, reallıqda inzibati qaydada müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG