Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:56

“Gözəl və Bədheybət” filmi indi də Malaziyada qadağan olunub


Bill Condonun çəkdiyi "Gözəl və bədheybət" filmindən bir kadr.
Bill Condonun çəkdiyi "Gözəl və bədheybət" filmindən bir kadr.

13 yaş və ondan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş “Gözəl və Bədheybət” filmində homoseksual obraz olduğu üçün bundan öncə də müxtəlif ölkələrdə qadağalarla qarşılaşmışdı.

"Walt Disney" kinokompaniyasının çəkdiyi “Gözəl və Bədheybət” filminin premyerası Malaziyada qadağan olunub. Bu haqda "Associated Press" xəbər yayıb. Xəbərdə deyilir ki, filmin yayımına yerli senzorlar icazə versə də, yenə də filmin göstərilməsinə qadağa qoyulub.

Film martın 16-da Malaziyada göstərilməyə başlamalıydı, ancaq premyera qeyri-müəyyən zamana qədər ertələnib. Qadağanın səbəbi haqda isə heç bir şey deyilmir. Halbuki filmin göstərilməsinə ordakı "homoseksual səhnə" çıxarılmasından sonra icazə verilibmiş.

Buna da bax: "Disney" kinostudiyasında içində homoseksual obraz olan ilk film çəkilib

Bundan əvvəl ABŞ-ın Alabama ştatında bir teatrın rəhbəri filmdəki homoseksual obrazın uşaqların tərbiyəsi üçün zərərli olacağını bildirirərək filmi göstərməkdən imtina etmişdi.

Həmçinin Rusiyada filmlə bağlı narahatlığını bildirən dövlət dumasının rəhbəri Vitaliy Milonov filmin göstərilməzdən öncə təkrar eksertiza edilməsi gərəkdiyini bildirmişi.

13 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan filmdə Lefu obrazı öz həmcinsi Gastona aşiq olur və onu öpmək istəyir. Rejissor Bill Condonun yaratdığı Lefu obrazı indiyədək "Walt Disney" kinokompaniyasının çəkdiyi filmlərdə yaradılmış ilk açıq homoseksual obrazdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG