Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 18:26

Rusiya Misirdəki hava bazasına hərbi qüvvələr göndərmədiyini deyir


Foto arxiv

“Rusiya Misirdəki hərbi-hava bazasına hərbi mütəxəssislər və pilotsuz təyyarələr göndərməyib”.

RİA Novosti-nin məlumatına görə, bunu martın 14-də Rusiya Federasiya şurası beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov deyib.

“Rusiya bunu etməyib,müdafiə nazirliyi bunu təsdiqləmir. Bu əhəmiyyət verilməməli yalan məlumatdır”, deyə Cabarov bildirib.

Cabarov bu cür məsələləri, indi hamının hamıya qarşı apardığı informasiya müharibəsinin elementləri hesab edir.

Rusiya Federasiya Şurası-nın müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Viktor Ozerovsa bu cür məlumatları Rusiyaya qarşı ritorikanın davamı hesab edir.

Qeyd edək ki, Reuters agentliyi bundan əvvəl ABŞ və Misirin anonim diplomatik mənbələrinə istinadla Rusiyanın, Misirin Liviya sərhədi yaxınlığındakı hərbi bazasına 22 hərbi mütəxəssis və pilotsuz təyyarələr göndərməsi barədə məlumat yayıb.

RİA Novostinin məlumatına görə, Misir hərbçiləri bu məlumatı rəsmi və qəti şəkildə inkar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG