Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:22

Bu gün, martın 14-də Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

«General-polkovnik N.Sadıkov martın 15-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

İclas çərçivəsində «Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri» mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.

Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-ci ildə yaradılıb. Azərbaycan 1993-cü ildən bu quruma rəsmən üzv olub. MDB-yə Baltikyanı ölkələr çıxmaqla, keçmiş SSRİ-yə daxil olan müstəqil respublikalar qoşulub. Ancaq 2008-ci ildə Rusiya ordusu Gürcüstana daxil olduqda, bu ölkə MDB-dən çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG