Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 16:44

Bu gün İlaxır çərşənbəsidir. Buna qədər Su, Od və Yel çərşənbələri qeyd edilib.

Novruz ərəfəsində, sonuncu çərşənbədə torpaq oyanır, nəfəs alır. Bu çərşənbə xalq arasında «Yer çərşənbəsi» və ya «Torpaq çərşənbəsi» adlanır.

İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbəsində qulaq falına çıxmaq, təmtəraqlı bayram süfrəsi hazırlamaq adətdir. Bu çərşənbədə həm də şamlar yandırılar, səməni süfrə bəzəyi olar.

Bu çərşənbədə xoş danışarlar ki, qulaq falına çıxan qız-gəlin ancaq xeyir sözlər eşitsin. Küsülülərin barışması da axır çərşənbənin tərkib hissələrindən biri sayılır və ortada kin-küdurətə yer verilmir.

Bu il bahar Azərbaycana martın 20-si saat 14:29-da qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG