Gary Jones BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub.
«BP-Azerbaijan» şirkətindən verilən məlumata görə, G.Jones öz yeni vəzifəsinin icrasına bu il aprelin 2-dən başlayacaq. BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.
G.Jones hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.
G.Jones BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabrından rəhbərlik edən Gordon Birrell-i əvəz edəcək. G.Birrell isə Londonda BP-nin baş ofisində Baş Əməliyyat rəhbəri olacaq. O, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.
Böyük Britaniyanın enerji şirkəti olan BP 25 ildir Azərbaycanla əməkdaşlıq edir.