Keçid linkləri

2017, 27 İyun, çərşənbə axşamı, Bakı vaxtı 06:01

Rusiya Ermənistanda qoşunlarına həyəcan siqnalı verdi


Ermənistanda Rusiya tankları.

Rusiya Ermənistan və tanınmamış Abxaziya Respublikası ərazisindəki bazalarında qəfil yoxlamalara başlayıb.

Rusiyanın «RIA Novosti» agentliyinin Cənub Hərbi Dairəsinə (CHD) istinadən yaydığı məlumatda deyilir ki, yoxlamalar zamanı cənubdakı qüvvələrin döyüşə hazırlıq durumu nəzərdən keçiriləcək. Qəfil yoxlamalar Krasnodar, Stavropol, Volqoqrad, Həştərxan vilayətlərində, Adıgey və Qaraçay-Çərkəz respublikalarında də aparılır.

Yoxlamalara 20-yə yaxın qərargah--6 minə qədər hərbçi və 1.5 minədək hərbi texnika cəlb edilib. «Poliqonlarda taktiki təlimlər olacaq, hərbi və xüsusi hazırlıqla bağlı dərslər keçiriləcək... Əsas məqsəd hərbi qüvvələrin döyüşə hazırlıq səviyyəsinin öyrənilməsidir». Məlumatda belə deyilir.

2017-ci ilin fevralında Rusiyanın müdafiə naziri Sergei Shoigu Rusiyanın Hava və Kosmik Qüvvələrinin qəfil yoxlanması haqda göstəriş vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG