Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Rüfət Səfərovun anası aclığı dayandırdığını bildirib


Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri

Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova dünən, martın 12-si aclıq aksiyasını dayandırdığını bildirib. T.Səfərova bu addımı həbsdə olan fəalların onu ziyarət edən ailə üzvlərinin xahişindən sonra atıb.

T.Səfərova oğlu Rüfət Səfərovun cəzaçəkmə müəssisəsində təzyiqlərlə üzləşdiyini bildirərək, martın 10-da aclıq aksiyasına başladığını bəyan etmişdi.

Penitensiar Xidmətdən Tahirə Səfərovanın açıqlamalarına münasibət öyrənmək mümkün olmamışdı.

Rüfət Səfərov martın 6-da 3 günlük cərimə kamerasına salınmışdı. Buna səbəb kimi onun kamera yoldaşı ilə mübahisə etdiyi göstərilirdi.

XATIRLATMA

R.Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Ötən il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun şikayətini təmin etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG