Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:30

Alman yazıçısı Siegfried Lenz romanında özünün fərariliyindən yazıbmış


Kiyevin işğalı zamanı alman əsgəri.

Keçən il Almaniyada yeni bir roman tapılıb. Roman “Fərari” adlanır və ikinci dünya müharibəsi illərindən bəhs edir. Kitab Almaniyada çap olunduqdan sonra qısa müddətdə bestsellerə çevrilib. Həmçinin roman bu yaxınlarda rus dilinə də çevrilib. Roman çıxanda Almaniyanın “Hoffman və Campe” nəşriyyatı onun 100 min nüsxə satıldığını bildirmişdi. Romanın belə məşhurluq qazanmasının bircə səbəbi var o da məşhur Qərbi Almaniya yazıçısı Siegfried Lenz’ə məxsus olması idi. Ancaq roman 66 il öncə yazılsa da yazıçının ölümündən sonra tapılıb. Ona görə yox ki, yazıçı alman əsgərinin sovet ordusuna keçməsindən bəhs edən romanın məzmununa görə ehtiyatlanıb və onu çap etdirməyib, səbəb soyuq müharibənin bütün Avropanı bürüdüyü illərdə nəşriyyatların romanı çap etmək istəməməsidir. Sonralar isə müəllif romanla bağlı özü həvəsdən düşüb və beləcə roman illərlə müəllifin sandığında qalıb.

Buna da bax: Alman xalqının Hitlerlə birlikdə girdiyi borcları qaytarmaq...

Yazıçı Sigfried Lenz.
Yazıçı Sigfried Lenz.

Əvvəla onu demək lazımdır ki, Siegfried Lenz Qərbi Almaniyanın ən məşhur müasir yazıçısı hesab olunur və onun dünyanın 20 dilinə çevrilmiş məşhur kitabı “Alman dili dərsi” adlanır. Bu kitabda yazıçı İkinci Dünya Müharibəsi ərəfəsində nasistlərin törətdikləri cinayətlərə görə almanları qınayır və məsuliyyəti onların üzərinə qoyur. Daim alman xalqı haqda tənqidi fikirlər bildirən Lenz almanlar tərəfindən elə də sevilməsə də onun müharibə illərindən bəhs edən 15 romanı, çoxlu hekayələri, teatrlar üçün pyesləri və esseləri çap olunub.

İndi isə fürsət düşüb və alman ictimaiyyəti Siegfried Lenz’in illər sonra çap olunan romanı haqda ard-arda yazılar yazırlar. Belə ki, sən demə fərarilikdən bəhs edən romanda müəllifin öz həyatı canlandırılıbmış. Lenz 1926-cı ildə Şərqi Prusiyyada (İndiki Polşa ərazisində) doğulub. Elə “Fərari” romanının qəhramanı Walter Proska da mənşəcə ordandır. Yazıçının İkinci Dünya Müharibəsində iştirakı məlumdur, ancaq sən demə Lenz özü də romanın qəhramanı Walter Proska kimi fərari olub. Düzdür o müharibənin ən sonlarında 1945-ci ilin aprelinde öz hərbi hissəsindən qaçıb. Yazıçı bunu ömrünün sonlarında yazdığı bir bioqrafik essesində xatırlayır. O ordudan qaçışını onu əsgər yoldaşlarını edam etmək tələbi ilə əlaqələndirir. “Nasistələr bizə hakimiyyətlərini göstərmək üçün əsgər yoldaşımızı öldürməliydilər” – deyə Lenz həyatındakı o ağrılı epizodu xatırlayır.

Buna da bax: Günter Grass: "Bax ədəbiyyat insana belə təsir edə bilir"

Romanda isə vermaxtın əsgəri Walter Proska 1944-cu ildə Şərqi Almanyadakı evində məzuniyyətdən qayıdır. Qayıdarkən onun getdiyi qatar partizanlar tərəfindən partladılır. Proska partlayışdan sağ qurtulur və ona dəmir yollarını mühafizə etmək tapşırılır. Bürkü, milçəklər və partizanların hücumu bataqlıqların içi ilə kilometlər boyu Polşa, Belorusiya və Ukraynaya doğru addımlayan alman əsgərlərində əsəb gərginlikləri yaradır. Zaman keçdikcə unter-officierlərin əmrləri daha amansız və mənasız olmağa başlayır. Nəticədə Walter Proska və yoldaşları öz hərbi birliklərindənq açıb sovet partizanlarına qoşulurlar.

Stalinqradda döyüşdə öldürülmüş alman əsgərləri (1945).
Stalinqradda döyüşdə öldürülmüş alman əsgərləri (1945).

Yazıçı bunu da qeyd edir ki, o dövrün alman əsgərləri eynilə Proska kimi müharibə əlehydarları olduqları üçün deyil, sadəcə sağ qala bilmək üçün fərarilik edirdilər. Belə ki, Proska sovet işğalı altında olan Şərqi Almaniyadakı bölgəyə keçir. Burda isə qəhramanın gözləntiləri doğrulmur. Yazıçı Rusların arasındakı xəbərçilik və bir-birini izləmək kimi halları göstərməyə çalışır. Bundan iyrənib bezən Walter Proska yenidən fərarilik edir və bu dəfə Qərbə qaçır.

Araşdırmalardan məlum olub ki, Siegfried Lenz “Fərari”romanını “Səmada Çalağan” (1951) romanından sonra qazandığı uğurdan təsirlənərək yazıb. Ancaq romanın əlyazması 2014-cü ildə yazıçının ölümünə qədər arxivdə qalıb. Elə 2016-cı ildə də arxivdən tapılıb. Naşirlər düşünürlər ki, Lenz sağ olsaydı bu romanı çap etdirməkdən utanmazdı. Çünki, o özü də tez-tez müharibə vaxtı Almaniyanın yaşadığı bütün biabırçılıqları ətraflı ədəbiyyatda əks etdirməyin tərəfdarı idi. Ona görə almanlar ancaq bu şəkildə tarixdən dərs ala bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG