Keçid linkləri

2017, 15 Dekabr, Cümə, Bakı vaxtı 06:25

Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Fransa Senatının Qafqaz Dostluq Qrupunun sədri André Reichardt-ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Prezidenti İlham Əliyevin Fransaya gözlənilən səfərindən bəhs edilib.

Xəbərdə qeyd edilir ki, səfər zamanı iqtisadi, enerji, Avropa Birliyi çərçivəsində əməkdaşlığın perspektivləri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə ediləcək.

Söhbət zamanı Azərbaycan ilə Fransa arasında energetika, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında da fikir mübadiləsi aparılıb.

Bu ayın ortalarında prezident İlham Əliyevin Fransaya işgüzar səfəri gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG