Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:28

«Gilan Holding»ə bağlı şirkətlər çoxalır?


"Gilan Holding"in tikinti sahələrindən biri.

Son vaxtlar «Gilan Holding» şirkətlər qrupu, ən azı, 6 şirkət qurub. Bu şirkətlərin bir çoxu əvvəldən fəaliyyətdədir və əslində, holdinq daxilində yeni qruplaşmadan söhbət gedir.

Vergilər Nazirliyi kommersiya qurumları haqda dövlət reyestrinə daxil edilmiş yeni şirkətlərin adlarını martın 9-da açıqlayıb. Onların arasında ünvan göstəricilərinə və rəhbərinin adına görə «Gilan»a bağlı olduğu anlaşılan 6 şirkət də var.

İki şirkətə holdinqin prezidenti başçılıq edir

Bunlar «Qaradağ Kərpic Zavodu» MMC, «Hajigabul Greenhouse» MMC, «Prof Trade Service» (hər üçünün hüquqi ünvanı holdinqin Bakıdakı baş ofisidir), «Ağcakənd Gips Karxanası» MMC, «Lənkəran Çınqıl-Asfalt Zavodu» MMC və «Tər-tər Çınqıl - Yevlax Asfalt Zavodu» MMC-dir (hüquqi ünvanı Qəbələdəki şirə zavodudur). İki şirkətə holdinqin prezidenti Cəmil Muradov şəxsən rəhbərlik edir.

Buna da bax:​ 'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]

«Ana»dan ayrılıb, müstəqil oldular

Goranboydakı gips karxanası daha öncə «Gilan-TN» MMC-nin tərkibində fəaliyyət göstərib. Ağcakənddəki karxana 10 hektar sahəni tutur.

Qaradağ kərpic zavodu «Gilan» MMC-nin tərkibindəki çoxsaylı müəssisələrdən biridir. Holdinq korporativ informasiya resursunda göstərir ki, 5 hektar ərazidə yerləşən zavodun hər gün 45 min ədəd kərpic istehsal etmək gücü var.

Holdinq ölkə ərazisində 5 asfalt zavoduna malikdir. Onlardan 3-nün bazasında (Lənkəran, Tərtər və Yevlax) yeni şirkətlər yaradılıb.

Buna da bax: Azərbaycanın məşhur holdinqləri hərəyə bir yeni şirkət qurub

Hacıqabul rayonunda isə 2013-cu ildən «Gilan» şirkətlər qrupuna daxil olan «Gilan Seramik» MMC fəaliyyət göstərir.

Holdinq «Hajigabul Greenhouse» MMC-nin nə işlə məşğul olacağı barədə, hələlik, məlumat vermir.

Qeyri-rəsmi bilgilərə görə, «Gilan Holding» şirkətlər qrupunun nəzarətində olan şirkətlərin sayı 300-ü keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG