Martın 8-də futbol üzrə Avropa Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Hamının diqqəti “Barselona”-PSJ oyunundadır.
Qeyd edək ki, Parisdə keçirilən ilk görüş 4:0 hesabı ilə ev sahiblərinin xeyrinə olub.
“Barselona” mübarizəni davam etdirmək üçün bugünkü görüşdə 5 cavabsız qol vurmalıdır.
Digər oyununda isə Portuqaliyanın "Benfika" klubu səfərdə Dortmundun "Borussiya" komandası ilə meydana çıxır.
Qeyd edək ki, "Benfika" ilk görüşdə 1:0 hesabı ilə qalib.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa)
İlk oyun - 0:4
23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya)
İlk oyun - 0:1
7 mart
“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5
İlk oyun - 1:5
“Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3
İlk oyun - 1:3
14 mart
23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya)
İlk oyun - 2:0
23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya)
İlk oyun - 1:2
15 mart
23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə)
İlk oyun - 3:5
23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun - 4:2