Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:58

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Los-Anceles şəhərində poçt markası buraxılıb.

AZƏRTAC-ın xəbərinə görə, markanı ABŞ-n Federal Poçt Xidməti təsdiq edib. Bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks olunub. Markanın üzərində həmçinin, «Azərbaycan–ABŞ. 25 illik dostluq. 1992-2017» sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktını qəbul edib. Bu aktda qeyd edilir ki, Azərbaycan Respublikası 1918-1920-ci ildə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1992-ci ildə Azərbaycanla ABŞ arasında diplomatik əlaqələr qurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG