Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:42

Rusiya prezidenti Vladimir Putin birinci vitse-prezident Mehriban Əliyevanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda diqqət qadınların ailədəki roluna yönəldilir.

«Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub. Sevgi və sədaqəti, qəlbin hərarətini, ümidləri təcəssüm ediblər. Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm», - Rusiya prezidenti yazıb.

V.Putin M.Əliyevaya cansağlığı, uğurlar və firavanlıq diləyib.

XATIRLATMA

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

Prezident İlham Əliyev fevralın 21-də M.Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.

Müxalifət bu təyinatı hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirib. Hakimiyyət isə bunu islahat kimi təqdim edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG