Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:23

Türkiyə, ABŞ və Rusiya silahlı qüvvələrinin qərərgah rəisləri görüşüb


Hulusi Akar, Joseph Dunford və Valery Gerasimov

Martın 7-də Antaliyada Türkiyə, ABŞ və Rusiya silahlı qüvvələri qərərgah rəislərinin görüşü olub.

Hulusi Akar,Cozef Danfort (Joseph Dunford) və Valery Gerasimov regional təhlükəsizlik, əsasən də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.

Bu barədə martın 7-də ReutersRia Novosty agentlikləri məlumat yayıb.

Məlumatı Türkiyə silahlı qüvvələrinin baş qərərgahı da təsdiqləyib.

Qeyd edək ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə 2016-cı il dekabrın 30-dan Suriyada atəşkəs rejimi əldə olunub.

Rusiya ordusu ilə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada ayrıca hərəkət edirlər.

Həmçinin Türkiyə ordusu və onun dəstəklədiyi yerli qüvvələr ötən ilin avqustundan Suriya ərazisində hərbi əməliyyatlar keçirirlər.

Bu müddət ərzində Əl Bab şəhəri “İslam dövləti” qrupundan təmizlənib.

Ankara dəfələrlə bəyan edib ki, əməliyyatda məqsəd, Türkiyənin Suriya ilə sərhəd zonasını “İslam dövləti” qrupu və YPG kürd qruplaşmasından təmizləməkdir.

Türkiyə YPG qrupunu terrorçu təşkilat hesab etdiyi PKK-nın qanadı hesab edir.

Rusiya Suriya münaqişəsində prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Suriya rejiminə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG