Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 11:33

Dollar hərracda cüzi bahalaşıb


Dollar

Martın 7-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7565 səviyyəsində formalaşıb.

Martın 2-si, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7551 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Bu yaxın həftələrə qədər manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son hərraclarda yenidən dollar bahalaşır.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG