Keçid linkləri

Təcili xəbərlər
2018, 20 May, bazar, Bakı vaxtı 23:19

İraq ordusu Mosulda bir neçə binanı tutub


Mosul əməliyyatı.

İraq silahlı qüvvələri Mosulda bir neçə əsas binanı—mərkəzi bankı və məhkəmə binasını ələ keçiriblər. Ordunun sözçüsü Abdel Amir al-Mohammadawi-nin dediyinə görə, şəhərə gecəyarısı hücum ediblər və yerli dövlət idarələri binalarının tutulması bir saat çəkib.

Yerlilərin dediyinə görə, məhkəmə binasında «İslam Dövləti» (İŞİD) terrorçu təşkilatının qəddar hökmləri yerinə yetirilmiş—kimsə daş-qalaq edilərək, kimsə binanın damından atılaraq öldürülür, ya da əllərindən məhrum edilirmiş.

Bank binası da 2014-cü ildən—İŞİD Mosulu ələ keçirəndən tutulubmuş.

Hökumət binaları kompleksinin ələ keçirilməsi orduya Mosulun qədim mərkəzlərinə də daxil olmaq imkanı verir.

İraq ordusu Mosulun qərbində əməliyyatlara keçən ay başlayıb. Şəhərin həmin hissəsində təxminən 750 min iraqlının yaşadığı bəllidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG