Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:29

Kreml Vaşinqtonun 'isteriya'sını pisləyir


D.Peskov

Kremlin sözçüsü Dmitry Peskov Vaşinqtonu və Amerika mətbuatını bürüyən «isteriya»nın ziyanlı olduğunu deyib. Birləşmiş Ştatların CNN kanalına müsahibəsində D.Peskov bildirib ki, Rusiyanın seçkilərə müdaxiləsi haqda deyilənlər, ABŞ siyasilərinə qarşı ittihamlar Moskvayla Vaşinqtonun münasibətlərinə pis təsir edir.

«Mən bunu «emosional ekstremizm» adlandırardım, Rusiyanı zəhərli ölkə, Rusiya səfirini zəhərli səfir kimi tanıtmağa cəhd göstərilir. Bu, inanılmazdır. Və məncə, hər iki ölkənin—həm Birləşmiş Ştatların, həm də Rusiyanın maraqlarına ziddir». D.Peskov dünən—martın 6-da CNN-ə müsahibəsində belə deyib.

O, ABŞ kimi güclü ölkənin seçkiyə müdaxilədən əziyyət çəkəcək qədər zəif ola biləcəyinə inanmadığını söyləyib.

D.Peskov ölkələr arasında danışıqların mümkün qədər tez başlanmasının vacibliyini də vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG