Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 16:53

Etirazçılar prezidentə impicment tələbi ilə imza toplantısına hazırlaşırlar


Tatarıstanda etiraz aksiyası.6 mart.

Tatarıstanda “Tatfondbank” və “İntexbank”ın müştəriləri respublika prezidenti Rustam Minnixanova qarşı impicment məsələsini qaldırmaq üçün imza toplantısına başlamağa hazırlaşırlar. Bunun üçün ölkə əhalisinin 1/3-nin səsi lazımdır.

Bu barədə martın 6-da AzadlıqRadiosunun Tatarıstan xidməti məlumat yayıb.

Onlar belə bir qərara baş nazir İldar Xalikovla görüşdükdən sonra Tatarıstan Ticarət-Sənaye Palatası-nın toplantısında gəliblər.

Tatarıstanda aksiya. 6 Mart.
Tatarıstanda aksiya. 6 Mart.

Etirazçılar baş nazirə, həmin bankların iflasından sonra ziyan dəymiş müştərilərə yardım fondu yaradılmasını təklif ediblər.

Narazı müştərilər hesab edirlər ki, fonda vəsait respublikanın "imic xərclərini" azaltmaqla büdcədən ayrılmalıdır.

Qeyd edək ki, etirazlara səbəb Mərkəzi Bankın martın 3-də “Tatfondbank” və “İntexbank”ın lisenziyalarını ləğv etməsi olub.

Müştərilər bir gün sonra, martın 4-də Tatarıstan Ticarət-Sənaye Palatasınən qarşısında etiraz aksiyası keçirərək birgə hərəkət planı hazırlanmasını tələb etmişdilər.

300-ə yaxın aksiyaçı isə nazirlər kabinetinin qarşısına yollanaraq şəxsən baş nazir İldar Xalikova ultimatum təqdim etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG