Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 23:57

Martın 7-də Azərbaycan Milli Məclisinin 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda komitə üzvünün seçilməsi haqqında, A.S.Quliyevin, V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankının İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında məsələlərə baxılacaq.

Bundan başqa, insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi dinləniləcək.

Deputatlar «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında», «Sərhəd qoşunları haqqında», «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», «Telekommunikasiya haqqında», «Lisenziyalar və icazələr haqqında», «Reklam haqqında» və «Əmək pensiyaları haqqında» qanunlarda dəyişikliklər edilməsini də müzakirəyə çıxaracaqlar.

Habelə, Milli Məclis «Məktəbəqədər təhsil haqqında» qanun layihəsini ikinci oxunuşda müzakirə etməlidir.

Bu sənədlərdən xüsusilə «Əmək pensiyaları haqqında» qanun layihəsi yaxından izlənilir. Həmin layihədə Azərbaycanda pensiya yaşının 65-ə qaldırılması nəzərdə tutulur. Hazırda bu, qadınlarda 60, kişilərdə 63 yaş həddindədir.

Media ekspertləri «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» qanun layihəsində də informasiya azadlığına xələl gətirə bilən müddəaların yer aldığını düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG