Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 10:59

2 gün öncə tapılan meyitin kimliyi dəqiqləşdirilir


Neft Daşları

Bu il martın 4-ü 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında meyiti aşkarlanan şəxsin kimliyinin müəyyən edildiyi bildirilir.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, meyit üzərində ilkin müayinə bitib, hazırda genetik müayinə aparılır. Ümumi müayinə zamanı mərhumun tanındığı bildirilir.

Meyiti tapılan şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən neftçilərdən biri – operator Cavid Bəhramov olduğu deyilir.

XATIRLATMA

Ötən il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. İtkin düşənlərdən üçünün meyiti fevral ayında tapılmışdı. Qalan neftçilərdən, hələ də, xəbər yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG