Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 01:48

Ali Məhkəmə Cahangir Hacıyevin şikayətinə baxacaq


Cahangir Hacıyev

Ali Məhkəmə Beynəlxalq Bankın həbsdəki keçmiş rəhbəri Cahangir Hacıyevin şikayətinə baxacaq.

Keçmiş bankirin vəkilləri Bakı Apellyasiya Məhkəməsinin iş üzrə ilkin qərardadından şikayət ediblər.

C.Hacıyevin vəkillərindən Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə şikayətlərinə martın 14-də, hakim Fərhad Kərimovun sədrliyi ilə baxacaq.

Buna da bax:​ Fitch reytinq agentliyi büdcə kəsiri və Beynəlxalq Bank haqqında

C.Hacıyev onu 15 il azadlıqdan məhrum edən məhkəmə hökmündən apellyasiya şikayəti verib. Həmin şikayətə ilkin baxış zamanı bankirin vəkillərinin vəsatətləri rədd olunub.

Həmin vəsatətlərdə C.Hacıyev barəsində cinayət işinə xitam verilməsi, məhkəmənin tam istintaqla aparılması və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilirdi.

Ali Məhkəmə Apellyasiya Məhkəməsinin vəsatətlərin təmin olunmamasından şikayəti araşdıracaq.

Buna da bax: Vəkillər Cahangir Hacıyevin ev dustaqlığına buraxılmasını istəyir

Xatırlatma

Cahangir Hacıyev 2015-ci dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

C. Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb, həmin vəsaitlərin mənimsənilməsində suçlu bilinir.

Ancaq O, özü ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG