Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 10:02

Qanundan iki yeni kitab gəldi


Qanun nəşriyyatından çıxan iki yeni kitab.

Qanun Nəşrlər Evində iki yeni kitab satışa göndərilib. Bunlar Etel Lilian Voyniçin “Cek Reymond” və Ahmet Batmanın “Səhər yuxum”adlı kitablarıdır.

Etel Lilian Voyniç

“Cek Reymond”

Voyniçin ikinci (və əfsanəvi “Ovod”dan sonra ən tanınmış) romanı. O, bu romanda zahirən Viktoriya dövrünün axırlarına xas klassik nəsr janrına meyil edərək onun bir sıra aspektlərindən istifadə edir. Ancaq əslində “Cek Reymond” daha çox Viktoriya dövrünün əleyhinə olan bir kitabdır. Voyniçin amansız qələmi vasitəsilə “əsl centlmenin tərbiyəsi və inkişafı” tarixçəsi kəskin realizm cizgiləri ilə təsvir olunur.

Kiçik yaşlarından baş qəhrəmanın payına düşən bədbəxtliklər onu sındıra, güclü və sərt xarakterini dəyişdirə bilmir.

Onu sevmək çətindir, ancaq ona heyran olmamaq mümkün deyil...

Tərcümə Hükumə Həbibovaya məxsusdur.

Ahmet Batman

“Soyuq Qəhvə”

Ahmet Batman ilk kitabı olan "Soyuq Qəhvə” ilə ədəbiyyat dünyasında olduqca iddialı bir yer alıb. Bu əsəri oxuyarkən qadın-kişi münasibətlərinə, sevgilərə, daha doğrusu həyata fərqli bir prizmadan baxan əsərlə tanışlığa hazır olun.

Dünyanın ən yaxşı insanı sən deyilsən, ən yaxşı sən olsan da, fərqi yoxdur, ölümsüz deyilsən. Hamımız bir az əskikik. Kimdən nə qədər əskik olduğumuz, nəyə nə qədər gecikdiyimiz məlum deyil. Məlum olan bir şey var ki, hamımız ölməzdən qabaq başımızı qatırıq. Həyat kaset kimidir, başa yığırıq, çətinliyə düşən kimi gizlənirik.

Başımızı qatanda kitabların qəhvəni soyutması və öz cümlə­lərini cibinə qoymağın arzusuyla, yaxşı yol…

Tərcümə Arzu Həsənliyə məxsusdur. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG