Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 08:15

Keçmiş nazirin işini Avropa Məhkəməsi araşdırır


Nicat Quliyev

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin şikayətini qeydə alıb.

Bu barədə vəkil Fuad Ağayevin aldığı bildirişdə yazılır.

Fuad Ağayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, N.Quliyev barəsində Azərbaycanın İnsan Hüquqlarının Müdafiəsi haqqında Konvensiya üzrə öhdəlikləri ən kobud şəkildə pozulub. Azadlıq, ədalətli məhkəmə təhqiqatı və başqa hüquqları tapdanıb.

«Şikayət AİHM-ə göndərilmişdi. N.Quliyev milli məhkəməyə onun işi üzrə yekun qanuni və ədalətli qərar qəbul etmək imkanı verməkdən ötrü bütün hüquqi vasitələri müəyyənləşdirməyi xahiş edib. Biz vəkil Əfqan Məmmədovla birlikdə vaxtilə mərhum həmkarımız Elton Quliyevin apardığı araşdırmanın üzərində işləyirik. Bu halda söhbət ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) N.Quliyevin üzərinə silah atmasından gedir», - deyə Fuad Ağayev bildirib.

XATIRLATMA

N.Quliyevi 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

2014-cü ildə Abşeron rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il həbs cəzası almışdı

O, 2016-cı ilin avqustunda azadlığa çıxıb.

N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edib. O, daha əvvəl 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında Nicat Quliyev də yer alırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG