Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Keçmiş Misir prezidenti Hosni Mubarak tam bəraət qazandı


Hosni Mubarak. Martın 2-si , 2017-ci il

Keçmiş Misir prezidenti Hosni Mubarak 2011-ci ildə nümayişçilərin kütləvi qətli ilə bağlı ittiham üzrə bəraət qazanıb.

Bu barədə “Əlcəzirə” və digər ərəb saytları məlumat yayıb.

Ölkənin ali məhkəmə orqanı etirazçıların qətli ilə bağlı keçmiş prezidentə qarşı irəli sürülmüş bütün ittihamları onun üzərindən götürüb.

Bu yekun qərardır və ondan şikayət verilə bilməz.

Beləliklə Hosni Mubarəkə qarşı bütün cinayət işi bağlanıb.

Qeyd edək ki, 88 yaşlı Hosni Mubarak 2011-ci ilin fevralında ölkədə baş verən hadisələr və çevrilişdən sonra hakimiyyətdən kənarlaşdırılıb.

Bundan sonra hakmiyyətə “Müsəlman qardaşları” hərəkatının lideri Muhammad Morsi gəlib.

Amma o da 2013-cü ildə hərbi çevirilişlə hakimiyyətdən kənarlaşdırılıb və hazırda ölkəni indiki prezident Abdel Fattah al-Sisi idarə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG