Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 10:00

««Böyük Bakının Regional İnkişaf Planı» (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub».

APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

Komitə sədri bildirib ki, hazırda layihəyə ekspertlər baxış keçirir. Baxışdan sonra layihəni Nazirlər Komitəsi təsdiqləməlidir.

Layihədə bir çox yenilik olacağını deyən A.Ələsgərov vurğulayıb ki, bu dəyişikliklərə müvafiq nazirliklərin hər biri mövqeyini bildirib: «Layihə ilə bağlı nazirliklərin verdiyi təkliflərin bəziləri ilə razılaşsaq da, bəziləri ilə razılaşmadıq. Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədov bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Ancaq bizdə bir pullu yol var. Ona görə də nazirliyə cavab verdik ki, Bakıda bir pullu yol kifayət edir».

Son vaxtlar şəhərin Baş planı layihəsi dövlət qurumları arasında belə mübahisələrə səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG