Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 16:58

Luis Enrique “Barselona” dan gedir


Luis Enrique

Luis Enrike (Luis Enrique) mövsümün sonunda “Barselona”nın baş məşqçiliyindən gedəcəyinibildirib.

İspaniya mətbuatı və idman portallarının məlumatına görə o bunu La Liqanın 25-ci turunda “Sportinq”ə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

“theguardian”ın yazdığına görə, Enrike bunun səbəbini yorğunluğu ilə izah edib.

“Gələn mövsüm Barselonada olmayacam. Mənə dincəlmək lazımdır. Mənə göstərdiyi etimada görə kluba təşəkkür etmək istərdim. Bu unudulmaz 3 il idi”, deyə Enrike bildirib.

Amma mənbə, “Barselona”nın Çempionlar liqasında Fransanın PSJ klubuna 4:0 hesabı ilə məğlub olmasından sonra Enrikenin təzyiq altında olduğunu yazır. Qeyd edək ki, bu məğlubiyyət komandanın Çempionlar liqasında davam eləmək şansını ciddi zərbə altında qoyub.

Luis Enrike “Barselona”nı 2014-cü ildən çalışdırır, klubla möcud müqaviləsi 2017-ci ilin yayında başa çatır.

Məsələyə münasibət bildirən "Barselon"nın prezidenti Jozep Mariya Bartomeu məsələyə münasibət bildirərkən deyib ki, bu baş məşqçinin öz qərarıdır.

O, Luis Enrikenin işindən məmnun qaldıqlarını və onun komandaya böyük uğur qazandırdığını vurğulayıb, amma qeyd edib ki, bu onun öz qərarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG