Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 11:42

ABŞ prezidentinin hərbi büdcəni artırmaqla bağlı çağırışları real deyil. Bunu Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib.

Birləşmiş Ştatların prezidenti Donald Trump NATO ölkələrini hərbi büdcəni artırmağa, xərcləri ədalətlə paylaşmağa çağırıb. O, alyans üzvlərinin ÜDM-nin 2%-ni hərbi əməliyyatlara ayırmasını təklif edib.

S.Gabriel deyir ki, Almaniya xərcləri artırmaq təklifini qəbul edir, amma 2% Berlindən ötrü real deyil, çünki ildə əlavə 30 milyard avro deməkdir.

Bu il Almaniya hərbi büdcəsini 2 milyard avro artıraraq 37 milyarda, 2020-ci ildə isə 39 milyarda qaldırmağı planlayır.

Almaniya xarici işlər naziri onu da deyib ki, ölkəsinin hərbi büdcəni artırması digər Avropa ölkələrini narahat edə bilər. Çünki belə olan halda Almaniya Avropada hərbi üstünlüyü ələ alar.

Günün bütün mövzuları

XS
SM
MD
LG