Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:55

Sahibkara vergi güzəşti?


arxiv
arxiv

Vergilər naziri Fazil Məmmədov fevralın 28-də vergi sistemində yeniliklər olacağını deyib.O, qeyd edib ki, kiçik sahibkarlara münasibətdə tamamilə yeni yanaşmalar tətbiq olunacaq - səyyar yoxlamalar azaldılacaq. Gələcəkdə xırda və orta sahibkarın vergi yukləri azaldılacaq.

Bu deyilənlər sahibkarlar üçün nə deməkdir? Gerçəkdən də işgüzarlıqmühitini asanlaşdıra bilərmi? İcrası realdırmı?

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, əslində həqiqətən də Azərbaycanda vergi yükünün azaldılmasına ehtiyac var. Ekspert deyir ki, qeyri-neft sektorunun inkişafı üçün sahibkarlığın inkişafına stimul verilməlidir. Azər Mehtiyevin fikrincə hazırda vergi sahəsində ziddiyyətli proseslər baş verir. Onun sözlərinə görə, bir tərəfdən sahibkarların vergisini azaldılacağı bəyan olur, digər tərəfdən isə vergi yükü ağırlaşdırıldığının şahidi oluruq.

Ekspert deyir ki, bu ziddiyyətlərin aradan qaldırılması üçün sistemdə müəyyənliyin yaradılmasına ehtiyac var. Azər Mehtiyev bildirir ki, əgər nazirin dedikləri olduğu kimi tətbiq olunsa, onda xırda və orta sahibkarlığın inkişafına ümid bəsləmək olar.

Azər Mehtiyev: "həqiqətən də vergi yükünün azaldılmasına ehtiyac var"
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Elçin Rəşidov qeyd edir ki, hökumət bu addımları ilə böhran dövründə olduğunu etiraf edir. Ekspert deyir ki, bu vaxta qədər bu sahədə atılan addımlar antiböhran tədbirləri ilə üst-üstə düşmürdü. Elçin Rəşidovun sözlərinə görə böhran dövründə vergi yükü mütləq şəkildə azaldılmalıdır ki, işsizlik artmasın.

Ekspert bildirir ki, səyyar yoxlamaların sayını azaltmaqla hökumət ötən il atdığı addımların əksini atırlar. Elçin Rəşidovun fikrincə əgər deyilənlər tətbiq olunsa bunu yaxşı hal kimi qəbul etmək olur.

Elçin Rəşidov: " hökumət bu addımları ilə böhran dövründə olduğunu etiraf edir"
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bu məsələyə postneft dövrünün çağırışları baxımından baxmaq lazımdır. Onun sözlərinə görə, bu gün vergi yükünün aşağı salınması və buna uyğun olaraq güzəştlərin tətbiq edilməsi kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacibdir.

Ekspert bildirir ki, daha yaxşı olardı ki, sadələşdirilmiş vergi sisteminə də yenidən baxılsın. Vüqar Bayramov həm də onu vurğulayır ki, bəzi sahələrdə əlavə dəyər vergisi tətbiq olunmalıdır.

Vüqar Bayramov: "sadələşdirilmiş vergi sisteminə də yenidən baxılmalıdır"
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG