Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 13:00

Azərbaycanda Turizm Festivalı keçiriləcək


Əbülfəs Qarayev

«Birinci Turizm Festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək».

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün, martın 1-də keçirilən Turizm Şurasının iclasında deyib.

Nazir qeyd edib ki, festivallar davamlı olaraq keçiriləcək: «Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur».

Nazir deyib ki, turizm bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır: «Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması və dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir».

Azərbaycanda Turizm Şurası ötən il prezidentin fərmanı ilə yaradılıb. Məqsəd ölkəyə gələn turistlərin sayını artırmaqdır.

XS
SM
MD
LG