Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 02:26

Nazarbaev-in nəvəsi vitse-prezident oldu


Aisultan Nazarbaev uşaqlıqda-1999

Qazaxıstan prezidenti Nursultan Nazarbaev-in nəvəsi Aisultan Nazarbaev ölkənin Futbol Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

A.Nazarbaev prezidentin böyük qızı Darigha Nazarbaeva-nın ikinci oğludur. Onun atası -- Rakhat Aliev Qazaxıstanın Avstriyadakı səfiri, həmçinin dövlət təhlükəsizlik xidməti rəisinin müavini olub. Amma sonralar prezidentə qarşı çıxdığına görə vəzifədən azad edilib və Avstriyada mühacirətdə qalıb, hökumətə qarşı ittihamlarla çıxış edib.

Qazaxıstan məhkəməsi R.Aliev-i dövlətə xəyanətdə və korrupsiyada günahlandıraraq, 2008-ci ildə ona 40 illik həbs cəzası kəsib. 2014-cü ildə Vyana polisi R.Aliev-i Qazaxıstanda irəli sürülən qətl ittihamına görə tutub, amma ekstradisiya etməyib.

2015-ci ildə R.Aliev Vyanadakı həbsxana kamerasında asılmış halda tapılıb. Avstriya rəsmiləri R.Ailev-in intihar etdiyini deyiblər, amma vəkilləri onun öldürüldüyünü düşünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG