Keçid linkləri

2018, 18 Yanvar, Cümə axşamı, Bakı vaxtı 11:52

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 132 dəfə pozublar.

Bu zaman iriçaplı pulemyotlardan, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 17 mərmi) istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonundan Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndləri, Berd rayonundan Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Əlibəyli kəndləri, Krasnoselsk rayonundan da Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqeləri atəşə tutulub.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, Göygöl və Goranboy rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Məlumatda bildirilir ki, əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Bu il fevralın 24-dən isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG