Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 14:20

Pensiya haqda qanuna dəyişikliklərin detalları bəlli olur.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin fevralın 28-də keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə edilib. Pensiya qanununa 98 dəyişiklik təklif edilir.

Parlament komitəsi təklifləri qəbul edib. Qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə olunacaq.

Dəyişikliklər əsasən, pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır.

Buna da bax:​ Pensiya şərtləri ağırlaşır

İş stajı müddəti artır

Təkliflərə görə, hakimlərdən pensiyaya çıxmasından ötrü 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq. Hazırda qüvvədə olan qanunvericiliyi görə, pensiyaya çıxmaqdan ötrü hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi.

Dəyişiklik layihəsində həmçinin, pensiyaların baza hissələrinin ləğv olunması, 110 manat minimum pensiya məbləğinin müəyyən olunması təklif edilir.

Buna da bax: Pensiya yaşına qədər yaşamaq...

Pensiya yaşı da artırılır

Digər bir dəyişiklik təklifi pensiya yaşının artırılması ilə bağlıdır.

Kişilərin pensiyaya çıxmaq yaşının hər il 6 aydan bir artırılmaqla 65 yaşa qaldırılması təklif edilir.

Qadınların əmək pensiyaya çıxmasında yaş həddi də 2027-ci ilə qədər hər il 6 aydan bir artırılaraq 65 yaşa çatdırılması təkliflər arasındadır.

Buna da bax:​ Pensioner: 'Ölmədən pensiya ala biləcəyikmi?'

Hazırda qadınların pensiya yaşı 60, kişilərinki isə 63-dür.

Dəyişiklik təklifləri qəbul edilərsə, bu il iyulun 1-də qüvvəyə minəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG