Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:12

"Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"


bribe
bribe

Azərbaycanda həkimlərin rüşvət alması görünməmiş hal deyil, amma son 5-10 gündə azı 2 həkimin rüşvət alarkən saxlanmasına dair video yayılıb. Üstəlik nazir Oqtay Şirəliyev ayrıca sərəncam verib ki, rüşvət alan cəzalanacaq. Bu videolar və nazir sərəncamı ilə səhiyyəni rüşvətdən təmizləmək mümkündürmü? Nə baş verib ki, qəflətən rüşvət alan həkimləri cəzalandırmaq qərarına gəliblər?

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla deyir ki, səhiyyə islahatlarının getmədiyi, icbari tibbi sığortanın, vətəndaşların sosial müdafiəsinin olmadığı, həkim maaşlarının aşağı olduğu bir yerdə administrativ üsullarla rüşvətin qarşısını kəsmək mümkün deyil. Ekspert bildirir ki, bu cür proseslərin əks effekti var.

Onun sözlərinə görə bütün bunlar göstərilən tibbi yardımın nəticəsinə neqativ təsir göstərir, ağır xəstələrdən həkimlərin imtinasına gətirib çıxarır. Adil Qeybulla deyir ki, həkimin əməyinin ödənilməsi hansısa formada təmin olunmalıdır ki, o başqa vasitələrə əl atmasın. Ekspertin fikrincə administrativ üsullar bəzən başqa məqsədlər üçün həyata keçirilir.

Adil Qeybulla: "səhiyyə islahatları getmir, həkimin maaşı aşağıdır..."
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Direct-ə keçid

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun sözlərinə görə aparılan araşdırmalar göstərir ki, vətəndaşların səhiyyə sistemindəki rüşvətxorluqla bağlı narazılıqları daha çox idi. Vasif Mövsümov deyir ki, indi bu sahədə atılan addımlar olmalı idi. Ekpsert həm də onu deyir ki, hər hansısa bir sahədə korrupsiyanı tam aradan qaldırmaq üçün rüşvət üçün yaradılmış şərait tam aradan qaldırılmalıdır.

Vasif Mövsümov: "Vətəndaşın səhiyyədən narazılığı çoxdur..."
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00
Direct-ə keçid

İqtisadçı alim, Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin sahibi Nazim Bəydəmirli də o fikirdədir ki, əvvəlcə rüşvəti doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Onun sözlərinə görə rüşvətin geniş yayılmasının səbəbi ondadır ki, həmin sahədə işləyən insanların maaşları aşağıdır. Nazim Bəydəmirli deyir ki, səhiyyə sistemində yüksək vəzifə tutan şəxslərin çoxu o vəzifələri elə rüşvət hesabına tutublar. Onun sözlərinə görə nə qədər ki, həmin vəzifələr rüşvətlə tutulacaq, o vaxta qədər rüşvət davam edəcək.

Nazim Bəydəmirli bildirir ki, ilk növbədə səhiyyədə icbari tibbi sığorta tətbiq olunmasa, ədalətli rəqabət mühiti yaradılmasa, administrativ metodlarla rüşvətin qarşısını almaq mümkün olmayacaq.

Nazim Bəydəmirli: "nə qədər ki, həmin vəzifələr rüşvətlə tutulacaq..."
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
Direct-ə keçid

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc deyir ki, səhiyyə sistemində neqativ hallara son qoyulması üçün ilk növbədə Qərb təcrübəsi əsas götürülərək icbari tibbi sığorta tətbiq olunmalıdır.

Deputatın fikrincə, hansısa kadrlar bütövlükdə bir sistemə diaqnoz qoymağa əsas olmasa da dövlət tərəfindən həmin sferada neqativ halların aradan qaldırılması üçün çox geniş islahatlar hazırlanıb. Zahid Oruc deyir ki, proses sürətlənsə, bütün çatşmazlıqlar tez bir zamanda aradan qalxar.

Zahid Oruc: "proses sürətlənsə, çatşmazlıqlar tez bir zamanda aradan qalxar"
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG