Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:15

Trump informasiya sızmasına görə Obamanı günahlandırır


Donald Trump

“Ağ evdən KİV-lərə informasiya sızmasının arxasında keçmiş prezident Barack Obama və onun ətrafı durur”.

Bunu ABŞ prezidenti Donald Trump Fox News televiziyasına müsahibəsində deyib. Müsahibənin fraqmentləri fevralın 27-də dərc olunub.

Trump bunun ABŞ-ın milli təhlükəsizliyinə ziyan vuran ciddi məsələ olduğunu deyib.

Amma o, məhz nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.

Fevralın 9-da Trump administrasiyasının prezidentin xarici liderlərlə telefon danışıqlarının sızdırılması ilə bağlı məlumatı araşdırdığı bəlli olub.

Ağ evin rəsmi nümayəndəsi Şon Spayser prezidentin yaranmış vəziyyətdən narahat olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG