Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 14:14

Bu həftə Tarif Şurası imtahanlara qiymət qoyacaq


Məleykə Abbaszadə

«Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq».

APA-nın xəbərinə görə, bunu fevralın 28-i keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu həftə ərzində Tarif (qiymət) Şurası qərarını elan edəcək: «Biz artıq lazım olan sənədləri Tarif Şurasına təqdim etmişik».

Bəzi abituriyentlər isə imtahan pulu ödəməyəcək. Yəni, orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı imtahanlarda ilk dəfə iştirakda imtahanlar pulsuz olacaq. Bundan başqa, ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə ilk dəfə qəbul olmaq istəyənlər də imtahanlarda ödəniş etməyəcəklər.

Prezident İlham Əliyevin fevralın 24-də tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında belə yazılırdı.

XS
SM
MD
LG