Bu gün, fevralın 28-i Siyəzən rayonunda 3.5 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, zəlzələ yerli vaxtla saat 07:45-də Altıağacdan 25 km şimal-şərqdə Siyəzən rayonu ərazisində qeydə alınıb.
46 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.