Bu gün, fevralın 28-i Novruzun dörd çərşənbəsindən ikincisi - Od çərşənbəsidir.
Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Sonra Külək (Hava, Yel), Torpaq çərşənbələri gələcək. Martın 7-də hava (yel), 14-də isə sonuncu torpaq çərşənbəsi qeyd olunacaq.
Bu il yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 14:29-da gələcək.